Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədalətin bərpa olunduğu gün - 8 Noyabr!

Ədalətin bərpa olunduğu gün - 8 Noyabr!

Bakı, 6 noyabr, AZƏRTAC

Xalqımız Vətən müharibəsinin birinci ildönümünü qeyd edir. Bu, çox əzəmətli və tarixi hadisədir. Azərbaycan haqq mübarizəsində qalib gələrək, uzunmüddətli işğala son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah, yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, torpaqlarımızı düşməndən qarış-qarış, addım-addım azad etdi və qalib gəldi. Vətən müharibəsinin ən böyük və qurur verici mübarizəsi Şuşa uğrunda gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə üz-üzə vuruşdu və qalib gəldi. Bir daha sübut etdi ki, Azərbaycan əsgəri qəhrəmandır, igiddir və o illərlə qarşı tərəfin uydurduğu mifi məhv etdi. Bu gün başımız dikdir, alnımız açıqdır, çünki, soydaşlarımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırımının qisasını alındı. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaqdır. Bu şanlı Qələbəni bizə yaşatdıqları üçün şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı qazilərimizə tezliklə sağalmalarını arzu edirik. Bizim hamımız onlara borcluyuq. 44 günlük Vətən müharibəsi həm də xalqımızın sarsılmaz birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Dinindən, dilindən, milli və siyasi kimliyindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün az saylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi idi. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbirlə “Vətən sağ olsun!” deyirlər. O xalq xoşbəxtdir ki, torpağı uğurunda mübarizə aparmağı, həm qalib gəlməyi, həm də şəhid verməyi bacarır. 44 günlük Vətən müharibəsində bizim əsgər valideynləri, həyat yoldaşları, övladları elə nümunələr göstərir ki, hər biri bir tarixdir. Ana şəhid olan oğlunun gözündən öpüb, “şəhidliyin mübarəkdir” deyir, qadın öz şəhid olmuş həyat yoldaşının cənazəsini çiyninə alıb son mənzilə yola salır, övlad atası ilə fəxr etdiyini deyir. Düşmən evini dağıdır, ailəsi raket zərbəsi ilə həlak olur deyir ki, “Vətən sağ olsun!”, “Əsgərimiz sağ olsun!”. Bütün bunlar nəyin göstəricisidir? Bizi əymək, bizi sarsıtmaq mümkün deyil, biz haqlı mübarizə aparırıq, uşaqdan böyüyə qədər mübarizə aparmağı bacaran millətik!

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynovanın 8 Noyabr - Zəfər Günü ilə bağlı məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir ki, Vətən müharibəsi 44 gün çəkdi, ancaq Qələbənin yolu daha uzaqdan başlayırdı. Əgər ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi - bunlar ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu Müqəddəs Mübarizəyə yaxınlaşırdı. Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan Ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Düşmən və onun himayədarlarının işğala və tədricən Azərbaycan ərazilərinin birləşdirilməsinə əsaslanan planları alt-üst oldu. Qeyd etmək istəyirəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, mediaya verdiyi müsahibələr müasir Azərbaycan tarixində özünəməxsus yer tutur. Biz yaxşı dərk edirik ki, Prezident İlham Əliyev bir insan üçün deyil, bütün xalqımız üçün, dövlətimiz üçün məsuliyyət daşıyır. Bu şərəfli və çətin məsuliyyət idi. Ancaq ölkə başçısı bunu bacardı, xalqımızı bu mübarizədə qalib etdi. O, xalqı inandıra bildi, çağırışı ilə, müraciəti ilə xalqı səfərbər edə bildi, birliyimizi daha gücləndirdi. Buna hər dövlət başçısı nail ola bilmir. Mehriban xanım, hər dəfə xalqa “Sizin Mehriban” deyə müraciət edir. Bu, bir ananın, bacının, qadının çağırışı idi. İnsanlar bu doğmalığın əvəzində o qədər sevinirdilər ki, Qələbə üçün heç nəyi əsirgəmirdilər.

Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Onun həyata keçirdiyi sosial dövlət siyasətinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Dövlətimizin başçısı dəfələrlə qeyd edir ki, bizim siyasətin mərkəzində vətəndaş dayanır. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. Vətəndaşın xoş günündə, çətin günündə də bir an onları tək qoymayıb. Bu, böyük bir xalq sevgisidir, vətən sevgisidir.

Bu gün artıq məcburi köçkünümüz yoxdur, onlar tezliklə doğma ata-baba yurdlarına dönmək arzusundadırlar. Aparılan təhlillər də bu fikri təsdiq edir. Sosial Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, ölkə əhalisi arasında məcburi köçkün statusuna malik ailələrin aid olduğu rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavab birmənalıdır. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti, başqa sözlə, 98 faizi yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Qayıtmaqla bağlı planlar gənclər arasında da geniş yayılıb. Gənc respondentlərin 96 faizi işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır. Nəticələr əksər məcbur köçkün ailələrində qayıdış planının olduğunu göstərir. Respondentlərin böyük əksəriyyəti, yəni 83,2 faizi bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır. Bu insanlar 30 ilə yaxındır ki, evlərinin açarlarını, sənədlərini saxlayırdılar. Əlbəttə, biz azad edilmiş kənd, qəsəbə və şəhərlərimizin düşən tərəfindən xarabaya çevrilməsini, mədəni, tarixi, dini irsimizin və abidələrimizin dağıdıldığını, təhqir edildiyini görəndə çox kədərlənirik. Prezident İlham Əliyevin dediyi kimi, onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, bütün buraları yenidən bərpa edəcəyik”. Və artıq proses başlayıb. Tezliklə erməni işğalından azad edilən ərazilərimiz əvvəlki həyatına qayıdacaq, daha abad olacaq.

Qısa müddətdə yol, işıq, su və digər infrastrukturun qurulması, “Xarıbülbül” festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının ilk sınaq uçuşu etməsi ölkəmizin gücünün, siyasi iradəsinin, iqtisadi imkanlarının göstəricisidir. Prezident İlham Əliyevin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməlqoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin Baş planlarının hazırlanması, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ermənilərin dağıtdıqları tarixi-mədəni-dini irsimizi yenidən bərpa edilməsi - bütün bunlar hamımızı sevindirir, yüksək əhval-ruhiyyə yaradır. Dünya da görür ki, hansı ölkə dağıdıcıdır, hansı ölkə qurucu, bu torpaqların əsl sahibləri kimlərdir. Bu günlərdə Prezident İlham Əliyevin Ağdam, Tərtər, Cəbrayıl, Xocavənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonlarına səfəri, ictimaiyyətlə keçirdiyi görüşlər fikirlərimizi bir daha təsdiq edir.

Füzuli və Zəngilan rayonlarına səfəri, Prezident İlham Əliyevlə təkbətək görüşü, birgə açıqlama və bəyanatların verilməsi, habelə strateji layihə sayılan Füzuli hava limanının açılışı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur Dəhlizinin) əsasının qoyulması regionda proseslərin yeni inkişaf xəttinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bakı və Ankara arasında sarsılmaz müttəfiqliyin bariz nümunəsidir. İyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bu iki qardaş və dost ölkə arasında strateji tərəfdaşlığın tükənməz perspektivlərini bir daha sübut etdi. Hər keçən gün biz bu müttəfiqliyin gücəndiyinin şahidi oluruq.

Tarix dəfələrlə sübut edib ki, bu ölkələr bir-birinin yanında olub və qardaşlıq dəstəyini əsirgəməyib. Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana öz siyasi və mənəvi dəstəyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, belə bir qısa müddətdə Azərbaycanda işğaldan azad edilən bu bölgələri necə sürətlə inkişaf etdirmək hər igidin, siyasətçinin bacara biləcəyi iş deyil. Füzuli Beynəlxalq Hava Limanı, yollar, tunellər, digər sosial infrastruktur layihələri bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Önəmli məsələ isə bu prosesin sürətlə, dinamik həyata keçirilməsi, eyni zamanda, davamlılığın və təhlükəsizliyin təmin edilməsidir. Bu isə siyasi müdriklik, qətiyyət tələb edir. Dövlətimizin başçısı böyük bir iradə göstərir. Qurmaq, yaratmaq, Azərbaycanı inkişaf etdirmək, bütövlüyünü təmin etmək, həmçinin bölgədə sülhün və tərəqqinin bərqərar olması üçün verdiyi töhfə dövlətimizin humanizm və xeyirxahlığının təcəssümüdür. Dövlətimizin başçısının iradəsi ilə 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsinin öz əksini tapması, təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir. Hətta bir çox beynəlxalq ekspertlər Vətən müharibəsinin və 10 noyabr üçtərəfli Bəyanatın vacib uğurlarından biri kimi Zəngəzur dəhlizinin olduğunu bildirirlər. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bu birlik, yaxınlıq illərdir bir-birindən ayrı qalan türk dövlətlərini birləşdirəcək və xüsusilə iqtisadiyyatda yeni addımlar atacaqlar. Zəngəzur dəhlizi, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Ən əsası, regional təhlükəsizlik, sakit və dinc həyat üçün imkanlar artacaq. Qalib Prezidentimizin uzaqgörən strategiyası və düşünülmüş taktiki hərəkətlərinin uğurunu da elə bu təşkil edir. Bütün bunlar, öz növbəsində, azərbaycanlıların Zəngəzur, İrəvan, Basarkeçər və digər tarixi torpaqlarına qayıdışına səbəb olacaq.

Əfsuslar olsun ki, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatları, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürürlər. Onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasının istəmirlər. Azərbaycana qarşı iki standartlarla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status” məsələsini qaldırır, revanşist çağırışlar edirlər. Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxış edərkən bütün ölkələrə müraciət etdi ki, “bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”. Sual olunur ki, onlar bu 30 ildə niyə BMT Qətnamələrinin həyata keçirilməsi ilə bağlı bu qədər aktivlik göstərmədilər? Daim insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması müdafiə edən bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquqlarını görmək istəmir? Əlbəttə, bunun cavabı bizə yaxşı məlumdur. Ona görə də davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq, konfranslarda, seminarlarda əsl tarixi həqiqətləri deməliyik. Bu gün bütün dünya erməni vəhşiliyini, vandalizmini görməlidir. Bununla bağlı hər birimiz öz sahəmizdə maksimum fəaliyyət göstərməliyik.

Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Bir daha xalqımızı bu müqəddəs, şərəfli gün - Qələbə günü münasibətilə təbrik edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib