Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədəbiyyatşünas alim: Nizami Gəncəvinin əsərlərində türk ruhu var

Ədəbiyyatşünas alim: Nizami Gəncəvinin əsərlərində türk ruhu var

Bakı, 13 mart, AZƏRTAC

Son günlərdə İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan şairi Nizami Gəncəvi haqqında belə bir yanlış fikir söyləmişdir ki, guya Nizami fars zadəganları nəslindən olan İran şairidir və milli-etnik mənsubiyyətinə görə farsdır. Əlbəttə, İran Xarici İşlər Naziri sözçüsünün söylədiyi bu fikir yeni deyil. Şovinist İran alimlərinin, siyasətçilərinin min dəfə oxuduqları köhnə bayatının min birinci dəfə təkrarıdır. Əslində isə həmin qondarma fikrin heç bir elmi və məntiqi əsası yoxdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsünün bu fikrinə kifayət qədər tutarlı cavabı, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumundakı çıxışında vermişdir. Prezident bildirmişdir ki, Nizami yaradıcılığı bütün elmi parametrlərinə, ideya, məzmun və bədii-estetik mahiyyətinə görə şairin məhz Azərbaycan türkü olduğuna heç bir şübhə yeri qoymur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim Yaqub Babayev məlumat verib.

Alim qeyd edib ki, Nizami Gəncəvinin mənşəcə fars olması ilə bağlı fars şovinistlərinin əllərində yalnız bir fakt var. Bu fakt ondan ibarətdir ki, Nizami əsərlərini fars dilində yazıb. Belə bir məntiq absurddur və Nizaminin milli mənsubiyyətcə fars olması üçün əsas sayıla bilməz. Çünki orta əsrlərdə fars dilində şeir yazmaq bir ədəbi ənənə idi. Xaqani, Arif Ərdəbili, Əssar Təbrizi, Nəsimi, Füzuli, Saib Təbrizi və s. kimi milli mənsubiyyətinin Azərbaycan türkü olduğu mübahisəsiz qəbul edilən, heç bir şübhə doğurmayan onlarla Azərbaycan şairi də fars dilində xeyli poeziya nümunələri yaratmışlar. Onda biz həmin şairləri də mənşəcə fars hesab etməliyik. Yaxud onda orta əsrlərdə mənşəcə fars olan və o dövrdə İslam coğrafiyasında elm dili sayılan ərəbcə yazan alimləri də fars yox, ərəb hesab etməliyik.

Nizaminin Azərbaycan türkü olması ilə bağlı yüzlərlə fakt söyləmək mümkündür. Biz bunlardan bir neçəsini farspərəstlərə xatırlatmaq istəyirik:

Nizami özünə “Gəncəvi”, yəni “Gəncəli” nisbəsi götürmüşdür. Bununla da dahi sənətkar özünün gəncəli olduğuna təkzibolunmaz möhür vurmuşdur. Qoy İranpərəstlər istər XII əsrdə, istərsə də ondan əvvəllər və sonralar Gəncədə yaşayan 5-10 farsın adını çəksinlər. Gəncə tarixən türklərin yurdudur və XII əsrdə də bu belə idi.

Nizaminin əsərlərində Gəncəyə dərin bir sevgi, sayğı və vətənpərvərlik ruhu vardır. Məsələn, şair deyir: “Gəncə mənim Harutu yandıran Babilimdir”. Yəni Gəncə şəri, bədxahlığı, nəfsi rəzalətləri yandıran müqəddəs bir məkandır. Qoy farspərəstlər desinlər görək sənətkar hansı fars şəhəri haqqında bu cür yüksək fikir söyləyib?

Şairin “İsgəndərnamə”sində belə bir qondarma beyt var: “Mən özüm Gəncə dənizində itsəm də, əslində Kuhistan vilayətinin Qum şəhərindənəm”. İran sevdalılar Nizamini farslaşdırmaq üçün şairin bu beytinə də tez-tez istinad edirlər. Halbuki poemanın daha qədim əlyazmalarında bu beytə rast gəlinmir. Yəni həmin beyt poemaya daha sonrakı yüzilliklərdə fars katibləri tərəfindən saxta şəkildə artırılmışdır.

Nizaminin düşüncə tərzi, təfəkkür manerası, fikir dünyası bütünlüklə türk ruhuna, türk libasına bürünmüşdür və orada farsçılıqdan heç bir əsər-əlamət yoxdur.

Nizami heç bir əsərində, heç bir yerdə fars sözünə məna vermir, sözün semantik mənasına tamamilə laqeyd münasibət bəsləyir. Çünki fars kimi “fars” kəlməsinin semantik yükü də şair üçün maraqsızdır. Halbuki mütəfəkkir sənətkar əsərlərində dəfələrlə “türk” sözünü işlədir. Həm də bu sözü “igid”, “cəsur”, “qorxmaz”, “gözəl” və s. sözlərin sinonimi kimi, yəni tamamilə müsbət çalarda işlədir. Bu onun türklərə rəğbətinin aydın göstəricisidir.

Şairin əsərlərində tərkibində “türk” sözü işlənən müsbət xarakterli gözəl obrazlarına da rast gəlirik. Məsələn, “Yeddi gözəl” də Türknaz, Türktaz kimi gözəl qadın obrazlarının adı çəkilir.

Sənətkarın əsərlərində xeyli sayda türk sözləri vardır. Hətta indi də Gəncə dialektində işlənən “hancarı” ( “necə?”, “nə cür?” mənasında) sözünə də Nizamidə rast gəlirik. Yaxud “dovğa” sözünə və s.

“Xosrov və Şirin”də Nuzami yazır: “Hərgah mənim türk olmağım saraydan gizlin qalmışdırsa, ilahi, sən özün ki, bunu bilirsən”.

Yenə “Xosrov və Şirin”də sənətkar qıpçaq türkü olan zövcəsi Afaqın ölümündən danışarkən deyir:

Əğyara qəzəbli, mənə mehriban,

Könül yoldaşımdı o nazlı canan.

Türklərtək olmuşdu bir kəsə möhtac,

Türklərtək elədi yurdumu tarac.

O türküm getdisə bir gün çadırdan,

Saxla türkzadəni, sən ey Yaradan.

Burada şair təkcə Afaqın deyil, oğlu Məhəmmədin də türk olduğunu xatırladır. Son misrada “türkzadə” (“türk oğlu”, “əsil-nəsli türkə bağlı”) dedikdə şair oğlu Məhəmmədi nəzərdə tutur. Niyə müəllif oğluna “farszadə” yox, məhz “türkzadə” deyir. Çünki o, yəni Nizami də, onun oğlu da türk əsillidir.

Nizami “Kəbə sultanı” qəsidəsində Məhəmməd (ə.s.) peyğəmbəri “ Ərəb əndamlı türk” (!!!) adlandırır:

Ərəb əndamlı türkdür, hər gün min könül ovlar,

Ənbərdən qara xal var nurlu ağ çöhrəsində.

Şair islam peyğəmbərini niyə farsa yox, məhz türkə bənzədir. Qoy farspərəstlər bu barədə də yaxşı-yaxşı düşünsünlər.

Təbii ki, Gəncəli Nizami heç vaxt fars olmadığı kimi, fars dəyirmanına su tökənlər də onu Azərbaycan türklərinin əlindən ala bilməzlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO