ƏDLİYYƏ NAZİRİ FRANSANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Qonağı səmimi salamlayan nazir dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin genişlənməsini qeyd edərək, bu ilin əvvəllərində ölkəmizin başçısı İlham Əliyevin Fransaya rəsmi səfəri zamanı respublikalarımızın Ədliyyə Nazirlikləri arasında imzalanmış Sazişin əhəmiyyətini vurğulamış, səmərəli əməkdaşlığın inkişafında Fransanın Azərbaycandakı səfirliyinin xidmətlərini yüksək dəyərləndirmişdir.
Azərbaycanda səlahiyyət müddəti başa çatan səfir ölkəmizdə çalışdığı dövrdə ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılmasını qeyd etmiş, Prezident İlham Əliyevin demokratik inkişaf və Avropa ailəsinə sıx inteqrasiya yolunu qətiyyətlə davam etdirməsindən, sabitliyin dönməz xarakter almasından məmnun olduğunu bildirmişdir.
Həmçinin, görüşdə hakimliyə namizədlərin təlimi, ədliyyə işinin təşkili və bu qurumların fəaliyyəti üzrə təcrübə mübadiləsinin vacibliyi, bununla bağlı nazirliyin ehtiyacları və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmış, cari və perspektiv əməkdaşlığın konkret istiqamətləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]