Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanlayıb

Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanlayıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub.

Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.

Qeyd edilib ki, 1994-cü ildə atəşkəs rejiminə nail olduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası - ATƏT-in Minsk qrupu tərəfindən danışıqların aparılmasına baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlamaqla bu günədək orada qanunsuz iqtisadi fəaliyyət göstərməyi və bu ərazilərin qanunsuz məskunlaşdırmasını həyata keçirir. Bununla da o, kobud şəkildə beynəlxalq hüquq normalarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarını pozur.

Eyni zamanda, Ermənistanın hazırkı rəhbərliyinin hakimiyyətə gəldiyi andan açıq-aşkar danışıqlar prosesini pozmağa başlayaraq Dağlıq Qarabağın statusu məsələsinin danışıqların predmeti olmasına baxmayaraq, hərbi təxribatlara və müharibəyə açıq təhrik edən "Qarabağ Ermənistandır və nöqtə" və "Yeni ərazilər üçün yeni bir müharibə" şüarları ilə çıxışlar etdiyi vurğulanıb.

Təəssüflə qeyd olunub ki, beynəlxalq ictimaiyyətin heç bir reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu açaraq sərhəd bölgələrində hərbi təxribatları intensivləşdirib.

Müraciətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.

Hadisələrin pik həddi isə, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub.

Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda, 7 qadın və 3 uşaq olmaqla 27 dinc sakin həlak olub, 140-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, doğum evi, uşaq bağçası, məktəb, rayon məhkəməsinin binası və sair daxil olmaqla 450-dək yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.

Hərbi təcavüz nəticəsində cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət etdiyi vurğulanaraq ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarını aparmağa vadar olduğu qeyd edilib.

Doğma torpaqları uğrunda və yalnız öz ərazilərində vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri güclü atəşə tutmaqdadır.

Beləliklə, təmas xəttindən onlarla kilometr məsafədə yerləşən paytaxtdan sonra ikinci böyük, qədim şəhər olan Gəncə ciddi raket atəşinə tutulub. Bundan əlavə, hərbi əməliyyatlar aparılan yerdən 100 kilometrdən çox məsafədə yerləşən böyük bir sənaye mərkəzi və ərazisində iri su anbarı və enerji obyekti olan Mingəçevir şəhərinə raket zərbəsi endirilib.

Nazir xüsusilə qeyd edib ki, Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.

Ermənistan beynəlxalq normalara zidd olaraq, xarici ölkələrdən hərbi muzdluları cəlb edir və onlardan istifadə edir, bundan əlavə beynəlxalq arenada, sosial şəbəkələrdən geniş istifadə olunmaqla Azərbaycana qarşı terror və digər cinayət əməllərinə çağırışlar edilir.

Mülki infrastrukturun atəşə tutulması və dağıdılması nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı beynəlxalq humanitar hüququn pozulmasına dair Azərbaycanın Baş Prokurorluğu tərəfindən onlarla cinayət işinin açılması barədə məlumat verilib.

Erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının (822, 853, 874 və 884 nömrəli) dörd qətnaməsinin və Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların digər analoji qərarlarının artıq təxirəsalınmadan dərhal icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Ədliyyə naziri davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, mövcud beynəlxalq hüquq mexanizmlərinin reallaşdırılması və ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə həmkarlarını real əməllər görməyə, xüsusilə muzdlu hərbçilərin münaqişə zonasına göndərilməsi üçün qanunsuz cəlb olunmasının və onların ölkələrinin ərazisində digər qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq preventiv tədbirlər həyata keçirməyə çağırıb.

Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb