Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏDLİYYƏ ORQANLARININ 2005-Cİ İLDƏKİ FƏALİYYƏTİNİN YEKUNLARI AÇIQLANMIŞDIR

AZƏRTAC xəbər verir ki, fevralın 23-də Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində 2005-ci ildə ədliyyə orqanlarının fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir.

Nazirliyin təşkilat-analitik idarəsinin rəisi, Məhkəmə Hüquq Şurasının üzvü Azər Cəfərov qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, əhaliyə keyfiyyətli hüquqi yardımın göstərilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və digər fəaliyyət sahələri üzrə ətraflı məlumat verdi.

Bildirildi ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri normativ hüquqi aktların layihələrinin hüquqi ekspertizasının təmin edilməsidir. Bununla bağlı ötən il təxminən 1900 qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, bilavasitə nazirlik tərəfindən 2004-cü illə müqayisədə təxminən 30 faiz çox - 165 normativ hüquqi aktın layihəsi hazırlanmış, 300-dən çox normativ hüquqi və normativ xarakterli akt ekspertizadan keçirilmiş, o cümlədən əvvəlki ilə nisbətən 1,7 dəfə çox - 123 sənəd dövlət qeydiyyatına alınmışdır.

Əhaliyə, xüsusilə aztəminatlı vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən Bərdə, Füzuli, İmişli, Qusar, Qax, Lerik, Xanlar rayonlarında, Naftalan şəhərində və Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq regional hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılmışdır. Eyni zamanda, nazirlik tərəfindən milli qanunvericiliyin elektron məlumat bazasının ilkin variantı hazırlanmış və artıq internetdə (www.e-qanun.az ) yerləşdirilərək əhalinin istifadəsinə verilmişdir.

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin yaxşılaşdırılması məqsədi ilə nazirliyin internet saytı interaktiv rejimə keçirilmiş, vətəndaşların elektron müraciətlərinin, habelə yeni açılmış “qaynar telefon xətləri” vasitəsilə daxil olan müraciətlərə operativ baxılması təmin edilmişdir. Ümumiyyətlə, 2005-ci ildə Ədliyyə Nazirliyində 17.000-dən və ya 2004-cü illə müqayisədə təxminən 20 faiz çox müraciətə baxılmış, 4.000-dən artıq, o cümlədən nazirliyin rəhbərliyi tərəfindən 1.000-ə yaxın vətəndaş qəbul edilmiş və onların problemlərinin həlli üzrə konkret tədbirlər görülmüşdür.

Notariat və VVADQ orqanları tərəfindən göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə nazirliyin təşəbbüsü əsasında bu sahədə qanunvericilik təkmilləşdirilərək bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, işin müasir tələblər səviyyəsində qurulması üçün notariat və VVA orqanlarının strukturu təkmilləşdirilmişdir. Ötən il notariat orqanlarında 1.637.000 hərəkət, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair isə 295.000 əməliyyat rəsmiləşdirilmiş və onlar üzrə müvafiq olaraq 35 milyard manat (7 milyon AZN) və 2,4 milyard manat (480.000 AZN) məbləğdə dövlət rüsumu ödənilmişdir.

Qeyd edildi ki, görülmüş tədbirlər nəticəsində qeydiyyata alınmış hüquqi şəxslərin sayının artması 2005-ci ildə də davam etmiş və 2004-cü illə müqayisədə daha çox - 5.769 hüquqi şəxs dövlət qeydiyyatına alınmış, bununla bağlı büdcəyə təqribən 442 milyon manat (88.400 AZN) dövlət rüsumu ödənilmişdir. Ötən il dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdən 5.390-ı kommersiya, o cümlədən 419-u (2004-cü ildə - 343) xarici investisiyalı kommersiya təşkilatı olmuşdur. Hesabat dövründə qeyri-kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı da ciddi irəliləyiş baş vermiş, 2004-cü illə müqayisədə 2,2 dəfə çox - 379 belə qurum dövlət qeydiyyatına alınmışdır. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış 2100-dək QHT vardır. Bundan başqa, 2005-ci ildə 8 siyasi partiya dövlət qeydiyyatından keçmiş, ümumilikdə dövlət qeydiyyatına alınmış partiyaların sayı 50-yə çatmış, habelə ötən il 484 mətbu nəşr dövlət reyestrinə daxil edilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində 2005-ci ildə 44.815 icra sənədindən 40.927-si və ya 91 faizi (2004-cü ildə - 44.332 icra sənədindən 39.024 və ya 88 faizi) icra olunmuş, məhkəmə və digər orqanların qərarları üzrə hüquqi və fiziki şəxslərə 44 milyard manatdan (8,8 milyon AZN) çox vəsait ödənilmişdir. Eyni zamanda, ötən ildə məhkəmələrin hökmləri ilə bağlı 13.000-dən çox (2004-cü ildə - 10.693) sənədin icrası həyata keçirilmiş, onlardan təxminən 7.000-i üzrə (2004-cü ildə - 4.868) icra başa çatdırılmış, bu kateqoriyalı qərarların düzgün icrası nəticəsində 1,8 milyard manata (355.000 AZN) yaxın vəsait dövlət büdcəsinə keçirilmiş, habelə məhkəmə qərarlarının icra olunmamasına görə məhkəmə icraçılarının təşəbbüsü ilə 468 şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur.

Məhkəmə qərarlarının icrasının təmin edilməsində xüsusi rolu olan Nazirliyin İstintaq idarəsinin icraatında 2005-ci ildə əvvəlki illə müqayisədə 1,6 dəfə çox - 148 cinayət işi olmuşdur. Məhkəmə qərarlarının icra edilməməsi və digər cinayətlər üzrə həmin işlərdən 106-nın istintaqı tamamlanmış, o cümlədən istintaq gedişində məhkəmə qərarı icra edildiyinə və digər səbəblərə görə 21 cinayət işinin icraatına xitam verilmiş, həmin cinayət işləri üzrə zərərçəkmiş şəxslərin hüquqları bərpa edilmiş, habelə vurulmuş ziyandan təqribən 90 milyon manatı (18.000 AZN) istintaq tədbirləri nəticəsində ödətdirilmişdir. Hazırda məhkəmə qərarlarının icrası ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin görülməsi davam etdirilir.

2005-ci ildə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üzrə kompleks tədbirlər həyata keçirildiyini diqqətə çatdıran idarə rəisi, qanun pozuntuları və ciddi nöqsanlara görə bir sıra işçilərin, o cümlədən 50-dən çox vəzifəli şəxsin tutduqları vəzifələrdən azad edildiyini, kadr işin sağlam meyarlar və müasir tələblər əsasında yenidən qurulduğunu bildirdi.

Qeyd edildi ki, bütövlükdə ədliyyə orqanları üzrə 2005-ci ildə 368 vakant ştat vahidi komplektləşdirilmişdir. Nazirliyin Hüquq Tədris Mərkəzinin maddi-texniki təchizatı yaxşılaşdırılmış, o cümlədən kitabxanası yenidən təşkil edilmiş və onun fondu zənginləşdirilmiş, peşə hazırlığının artırılması məqsədi ilə ədliyyə və digər mərkəzi icra hakimiyyəti orqanları işçiləri, hakimlər, məhkəmə işçiləri, bələdiyyə üzvləri və qulluqçuları, qeyri-dövlət təşkilatları nümayəndələri üçün təşkil edilmiş kurslarda 2004-cü illə müqayisədə daha çox - 455 nəfər iştirak etmişdir.

2005-ci ildə Nazirliyin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda 12.824 ekspertiza keçirilmişdir. Bu da 2004-cü illə müqayisədə 12,4 faiz çoxdur. Hesabat dövründə ekspertizanın təyini, iş materiallarının hazırlanması və ekspertizaya göndərilməsi məsələlərinə dair 2002 şifahi və yazılı məsləhət verilmiş, 72 metodik məktub göndərilmiş, 6 ümumiləşdirmə aparılmış, 51 mühazirə oxunmuşdur.

2005-ci ildə Hakimlərin Seçki Komitəsi də fəaliyyətini aşkarlıq prinsipləri əsasında quraraq hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlara hazırlıq işləri aparmışdır. Görülmüş tədbirlər nəticəsində şəffaflıq üzrə yüksək standartlara uyğun olaraq 2005-ci ilin sentyabrın 18-də ölkəmizin tarixində ilk dəfə olaraq 1000-dən çox hakimliyə namizəd üçün vahid zalda test imtahanı keçirilmiş, noyabrın 26-da isə test imtahanlarından müvəffəqiyyətlə keçmiş 222 nəfər namizəddən yazılı imtahanı götürülmüşdür. İmtahanların bütün proseslərini izləmiş nüfuzlu beynəlxalq təşkilatlar və yerli QHT-lərin çoxsaylı müşahidəçiləri, habelə televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri bu tədbirləri şəffaf proses kimi yüksək qiymətləndirilmişlər. 2006-cı ilin fevralında şifahi imtahandan uğurla keçmiş 56 şəxs təlim mərhələsinə vəsiqə qazanmışdır.

Ədliyyə Nazirliyinin idarə rəisləri və digər məsul işçiləri jurnalistləri maraqlandıran suallara cavab vermişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq