ƏFQANISTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KƏRZAİYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, xalqlarımız arasında tarixən mövcud olan dostluğun qorunub saxlanması və möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı naminə qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyul 2008-ci il.