Əfqanıstanda “Taliban”ın hücumu zamanı təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı həlak olub
Bakı, 6 iyun, AZƏRTAC
Əfqanıstanın şimal-qərbində, Faryab əyalətində “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində yerli polis rəisi də daxil olmaqla, güc strukturlarının azı 14 əməkdaşı öldürülüb.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının əyalət şurasının üzvü Nadir Saidiyə istinadla yaydığı məlumata görə, taliblər şənbə günü axşam saatlarında Kaysar uyezdinin baş polis idarəsinə hücum ediblər.
“Daha 30-dan çox hərbçi və polis əməkdaşı “Taliban” silahlıları tərəfindən mühasirəyə alınıb. Əgər əlavə kömək gəlməsə, onlar da əsir götürüləcək”, - deyə Saidi bildirib.
Son iki gündə Əfqanıstanın güc strukturları ilə taliblər arasında qarşıdurmaların gücləndiyi müşahidə olunur. Cümə günü Baqlan əyalətində “Taliban” hərəkatı silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı səkkiz əməkdaşının həlak olduğu barədə məlumat yayılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]