Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Bakı, 18 fevral, AZƏRTAC
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Bakıya qayıdıb.