ƏFQANISTANIN BAŞ KONSULU HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Əfqanıstanın, Tacikistanın Dağ-Bədəxşan vilayətindəki baş konsulu Əbdülkərim Umroni bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Əfqan diplomatının cəsədini konsul şöbəsinin əməkdaşları onun yataq otağında tapmışlar. Hadisə yerinə gələn məhkəmə-tibb ekspertləri zorakılıq əlamətləri aşkar etməmişlər. Onların gəldiyi nəticəyə görə, diplomat dəm qazından zəhərlənmişdir. Konsulluğun daha bir əməkdaşı ağır dərəcəli zəhərlənmə ilə xəstəxanaya çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]