ƏHALİNİN PUL GƏLİRLƏRİ ARTMAQDADIR
Ölkədə iqtisadiyyatın liberallaşdırılması sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir.Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ötən beş ayda əhalinin hər nəfərinə düşən pul gəlirlərinin məbləği keçən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 10,8 faiz artaraq 1 milyon 118 min manata çatmışdır. Bu dövrdə orta aylıq gəlirlərin məbləği 224 min manat təşkil etmişdir.