ƏHALİNİN PUL GƏLİRLƏRİ XEYLİ ARTMIŞDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu 17,3 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən pul gəlirləri isə 16,4 faiz artaraq 516,3 min manat olmuşdur.
Həmin dövrdə pul gəlirlərinin 76,3 faizi malların alınmasına və müxtəlif xidmətlərin haqqının, 3,6 faizi vergilərin və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmişdir.
Vergilər və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında qalan pul gəlirləri yanvar-fevral aylarında 4058,0 milyard manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.
İlin ilk iki ayında ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqının məbləği də ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz artaraq 438,1 min manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:55]
Orta Dəhliz boyunca 14 terminal tikiləcək
- 30.09.2026 [16:49]
Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub
- 30.09.2026 [16:47]
Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]