ƏHALİYƏ PULSUZ TİBBİ XİDMƏT GÖSTƏRİLİR
Xanlar rayonunda ayda bir dəfə pulsuz tibbi xidmət günü keçiriləcəkdir. Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon sakinləri bu təşəbbüsü razılıqla qarşılamışlar. İlk xidmət günü yüksək fəallıq şəraitində keçmiş, təcrübəli həkim və tibb işçiləri iki minədək adamı müayinə etmiş, onların müalicəsi üçün müvafiq tədbirlər görmüşlər. Təşkil edilmiş səyyar həkim briqadaları kimsəsiz və imkansız qocalara öz mənzillərində tibb xidməti göstərmişlər.