“EKO-2010” KOALİSİYASI HƏYATA KEÇİRƏCƏYİ LAYİHƏLƏRİ TƏQDİM ETDİ
Bakı, 14 may (AZƏRTAC). “Ekologiya ili “ çərçivəsində “Azərbaycan Gənclər Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə bir neçə QHT-dən ibarət “ EKO-2010” ekologiya koalisiyası yaradılmışdır.
Mayın 14-də koalisiyanın həyata keçirəcəyi layihələrlə bağlı mətbuat konfransı keçirilmişdir.
“EKO-2010” koalisiyasının koordinatoru Ramiz Alıyev bildirmişdir ki, məqsəd əhalinin maarifləndirilməsi və ekoloji aksiyalarda fəal iştirakını təmin etməkdir.
Bildirilmişdir ki, bu istiqamətdə il ərzində 25 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Koalisiya bir sıra dövlət qurumlarının və QHT-lərin iştirakı ilə “Mavi Xəzər”, “Təmiz su”, “Aydın səma”, “Qafqazın incisi” və digər ekoloji aksiyalar həyata keçirəcəkdir.
Qeyd edilmişdir ki, il ərzində ağacəkmə aksiyaları keçiriləcək, seminarlar təşkil ediləcək və müxtəlif bukletlər nəşr olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]