“Ekol Mühəndislik Xidmətləri” SOCAR-ın mədən ərazilərində 96 min ağaca xidmət göstərir
Bakı, 4 oktyabr, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC SOCAR-ın mədən ərazilərində 96 min müxtəlif növ ağaca xidmət göstərir.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”nin xidmət sahələrində payız mövsümü işlərinə start verilib. Hazırda QSC-nin torpaqların rekultivasiya departamentinin kollektivi payız mövsümünün gəlişi ilə əlaqədar SOCAR-ın Qaz Emalı Zavodunun, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qazçıxarma idarəsinin (NQÇİ), “Abşeronneft” NQÇİ-nin, H.Z.Tağıyev adına NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərində ümumilikdə 55,69 hektar sahədə 96 min 31 ədəd müxtəlif növ ağaca, bəzək kollarına, güllərə, yeni salınmış və mövcud olan yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmət göstərir, mövsümi işlər aparır.
Mövsümi işlərlə yanaşı, qışa hazırlıq məqsədilə sahələrdəki inzibati, məişət və yardımçı binalarda, həyətyanı sahələrdə cari və əsaslı təmir işləri görülməyə başlayıb. Hazırda ərazilərdə yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]