“Ekol Mühəndislik Xidmətləri”nin xidmət sahələrində Neftçilər günü ərəfəsində iməcilik keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində neftçilərin peşə bayramı ərəfəsində iməcilik keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, iməcilikdə QSC-nin rəhbərliyi və çox saylı kollektivi iştirak edib. İməcilik cəmiyyətin (Heydər Əliyev adına neft emalı zavodunun 9-cu sahəsi) 3,4,5,6-cı sahələrini, xidmət göstərilən SOCAR-ın Ekologiya İdarəsinin Tullantı mərkəzini, Qaz emalı zavodunun, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft", "Bibiheybətneft" və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQCİ) yaşıllaşdırma sahələrini əhatə edib.
İməcilik zamanı bütün xidmət sahələrində təmizlik və abadlıq işləri aparılıb, sahələr tullantılardan və alaq otlardan təmizlənib, yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]