Ekologiya və təbii sərvətlər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də saat 10:00-da Gədəbəy Mədəniyyət Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonları sakinlərinin şikayət və müraciətlərinə baxılacaq, lazımi tədbirlər görüləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (əlaqə telefonları: 022-326-48-41, 050-522-05-89, 055-305-90-99) müraciət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]