EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN ƏMƏKDAŞLARI SUMQAYITDA REYDLƏR KEÇİRMİŞLƏR
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Sumqayıtda yerləşən “Zuvand” xarrat sexinin direktoru Canəli Həsənov ekologiya qanunvericiliyinin tələblərini pozduğu üçün 330 min manat məbləğində cərimələnmişdir.
Abşeron rayonu Saray qəsəbəsinin sakinləri Azər və Qəzənfər Hacıyevlər şəxsi yük maşınında torpaq daşıdıqlarına görə cəzalandırılmışlar. 12 milyon 275 min manat məbləğində cərimə ödənilməsi üçün protokol tərtib edilərək, Abşeron rayon prokurorluğuna göndərilmişdir.
Sumqayıt sakini Rasim Nəcəfov Hacı Zeynalabdin Tağıyev adına qəsəbənin ərazisindən qum çıxararkən yaxalanmış, yük boşaldılmış, 110 min manat məbləğində cərimə ödənilməsi üçün akt tərtib edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]