Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Bakı, 18 aprel, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ov etmə faktı ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalar zamanı Şabran rayonu ərazisində yerləşən ovçuluq təsərrüfatının ərazisində “Harayçı qu”, habelə ovlanması tamamilə qadağan olunmuş Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş “Fısıldayan qu” quşlarının qanunsuz olaraq ovlanması nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 258.2.1-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz ov etmə) və 258.2.3-ci (ovlanması tamamilə qadağan edilmiş quşları ovlama) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]