Ekoloji maarifləndirmə layihəsinə start verilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsünün birgə təşkilatçılığı ilə “Gənclərin Ekoloji Maarifləndirilməsi” layihəsinə start verib. Layihənin əsas məqsədi gənclər arasında komanda quruculuğu, idarəetmə, ekoloji tədbirlər və maarifləndirmə işinin təşkilinin təşviq edilməsidir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində iştirakçılar təlim və sosial tədbirlərin iştirakçısı olacaq, cəmiyyətin ekoloji maarifləndirilməsi işində yaxından iştirak edəcəklər.
Təşkil ediləcək müsahibə mərhələsinin nəticələrinə əsasən 20 gənc layihədə iştirak etmək imkanı qazanacaq. Tədbirin fəaliyyət planına ekoloji mövzularda təlimlərin keçirilməsi, həmin təlimlərdə iştirak edən gənclərin müxtəlif məktəblərdə özlərinin müvafiq istiqamətlərdə təlimlərin aparılması, iməciliklər və digər sosial aksiyaların təşkili daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]