EKOLOJİ MÖVZUDA JURNALİSTLƏR ARASINDA ELAN EDİLMİŞ MÜSABİQƏYƏ ƏLAVƏLƏR EDİLMİŞDİR
Bakı, 23 aprel (AZƏRTAC). “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” layihəsi üzrə jurnalistlər arasında elan edilmiş müsabiqəyə əlavələr edilmişdir.
Belə ki, çoxsaylı jurnalistlərin müraciətlərini nəzərə alaraq müsabiqədə qalib gəlmiş şəxslərə təqdim olunacaq mükafatların məbləğləri təsisçilər tərəfindən artırılmışdır. Birinci yerin qalibi 1000 manat , ikinci yerin qalibi 800 manat, üçüncü yerin qalibi 600 manat məbləğində pulla mükafatlandırılacaqdır. Həmçinin daha 10 qalibə həvəsləndirici mükafatlar təqdim ediləcəkdir.
Eyni zamanda, müsabiqənin mövzuları sırasına “Ekstremal vəziyyətdə jurnalistin rolu” mövzusu da əlavə edilmişdir.
Qeyd edək ki, müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]