EKOLOJİ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ RİAYƏT OLUNMASINI YOXLAMAQ MƏQSƏDİ İLƏ ARAŞDIRMA APARILMIŞDIR
Bakı, 30 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 53 göstəriş verilmişdir. Ümumilikdə 30 iş üzrə 71810 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 38035 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 390345,55 manat məbləğində iddia qaldırılmış, ondan 1687,86 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 203 iş üzrə 55941,25 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 23167,1 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 32 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür. Hüquq mühafizə orqanlarına göndərilmiş 4 işə baxılmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]