Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Bakı aşağıkarbonlu enerji həllərinin mərkəzinə çevrilə bilər - MÜSAHİBƏ

Ekspert: Bakı aşağıkarbonlu enerji həllərinin mərkəzinə çevrilə bilər - MÜSAHİBƏ

Bakı, 24 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC “Carbon Expert” şirkətinin təsisçisi və baş icraçı direktoru, Rumıniya Karbon Assosiasiyasının prezidenti, iqtisad üzrə fəlsəfə doktoru Kasyana Fometesku ilə müsahibəni təqdim edir.

- Qlobal karbon bazarının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, emissiyaların azaldılmasına ən böyük təsir göstərən mexanizmlər hansılardır?

- Mənim fikrimcə, qlobal karbon bazarı hazırda dönüş nöqtəsindədir. Bir tərəfdən Avropa İttifaqının Emissiyaların Ticarəti Sistemi (EU ETS) kimi tənzimlənən bazarlar sübut edib ki, karbon qiymətləndirilməsi, xüsusilə enerji və ağır sənaye sektorlarında emissiyaların əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Digər tərəfdən, könüllü karbon bazarları sürətlə inkişaf edir, lakin onların hələ də etibarlılıq və şəffaflıqla bağlı müəyyən problemləri aradan qaldırması vacibdir. Karbon bazarları sahəsindəki şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ən effektiv mexanizmlər karbon qiymətləndirilməsini dəqiq tamamlayıcı siyasətlərlə birləşdirən yanaşmalardır. Bura bərpaolunan enerji üzrə ambisiyalı hədəflər, sərt enerji səmərəliliyi standartları və innovasiyalara dövlət dəstəyi daxildir. Məhz bu cür kombinasiyalar dekarbonizasiya prosesini sürətləndirir.

- Sizcə, könüllü karbon bazarları (VCM) təbii həllərə və yaşıl texnologiyalara investisiyaların cəlb olunmasında real hərəkətverici qüvvəyə çevrilə bilərmi?

- Bəli, mən səmimi şəkildə inanıram ki, könüllü karbon bazarları güclü bir təşviqedici amilə çevrilə bilər, xüsusilə nəzərə alsaq ki, bu bazarlarda özəl şirkətlər fəal iştirak edirlər. Şəxsən şahidi olmuşam ki, VCM çərçivəsində təmin edilən maliyyələşmə meşələrin bərpası və torpaqda karbon miqdarının artırılması kimi layihələrin həyata keçirilməsinə imkan verib. Halbuki normal şəraitdə bu layihələr reallaşa bilməzdi. Biz “Carbon Expert” şirkətində müştərilərə biokompost, biokömür və atmosferdən birbaşa karbontutma kimi qabaqcıl texnologiyalardan istifadə etməklə karbon layihələrinin hazırlanmasına kömək edirik. Lakin VCM-in həqiqətən bu rolu yerinə yetirə bilməsi üçün yüksək dürüstlük standartları təmin edilməli və milli iqlim hədəfləri ilə daha sıx əlaqələndirmə qurulmalıdır. Şirkətlər və investorlar əldə etdikləri karbon kreditlərinin iqlimə real fayda verdiyinə əmin olmaq istəyirlər.

- Sizcə, Avropa İttifaqı (Aİ) ölkələrinin Emissiyaların Ticarəti Sistemi (EU ETS) üzrə təcrübəsinin inkişaf etməkdə olan ölkələr, o cümlədən Cənubi Qafqaz ölkələri üçün ən dəyərli cəhətləri hansılardır?

- EU ETS təcrübəsindən bir sıra faydalı dərslər çıxarmaq mümkündür. Onlardan biri budur ki, hərraclardan əldə edilən gəlirlər təmiz enerji və innovasiyaların inkişafına yönəldilib. Bu yanaşma karbonun qiymətləndirilməsini təkcə emissiyaların azaldılması üçün bir vasitəyə deyil, həm də daha geniş dayanıqlı inkişaf alətinə çevirir. Digər vacib dərs isə ekoloji dürüstlüyü və bazara inamı təmin edən etibarlı monitorinq, hesabatlılıq və verifikasiya (MRV) sistemlərinin qurulmasının zəruriliyidir.

Bundan əlavə, mən hesab edirəm ki, Aİ-nin Bazarın Sabitliyi Ehtiyatı (Market Stability Reserve) qiymət sabitliyinin qorunması və artıq kvotaların iqlim ambisiyalarını zəiflətməsinin qarşısını almaq baxımından faydalı bir model kimi qəbul edilə bilər.

- Azərbaycanın iqlim gündəliyini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, aşağıkarbonlu iqtisadiyyata keçidi sürətləndirmək üçün ən vacib addımlar hansılardır?

- Hesab edirəm ki, Azərbaycan artıq mühüm addımlar atıb, xüsusilə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsini (NDC) yeniləyərək bərpaolunan enerji sahəsində daha yüksək hədəflər müəyyənləşdirib. Lakin aşağıkarbonlu iqtisadiyyata qəti keçid üçün daha çox iş görülməsi zəruridir. Mənim fikrimcə, əsas addımlar aşağıkarbonlu inkişaf üzrə aydın bir milli strategiyanın hazırlanması və həyata keçirilməsi, bərpaolunan enerji mənbələrinin daha geniş inteqrasiyası üçün enerji şəbəkəsinin modernləşdirilməsi, eləcə də karbon qiymətləndirilməsi formasının tətbiq olunmasıdır.

Bundan əlavə, həyata keçirilən tədbirlərin əlaqələndirilməsi və effektivliyinin təmin olunması üçün institusional potensialın gücləndirilməsi də son dərəcə vacibdir.

- Azərbaycanın təbii resurslarını və infrastruktur potensialını nəzərə alaraq, ölkə regional, hətta beynəlxalq karbon bazarının iştirakçısına çevrilə bilərmi?

- Şübhəsiz. Azərbaycan həm coğrafi mövqeyinə, həm də enerji infrastrukturuna görə regionda unikal mövqeyə malikdir. Hesab edirəm ki, ölkə aşağıkarbonlu enerji həlləri üçün bir mərkəzə çevrilə bilər. Bu, “yaşıl elektrik enerji”sinin ixracından tutmuş aşağı karbon izinə malik hidrogenin inkişafınadək geniş sahələri əhatə edə bilər.

Bundan əlavə, Azərbaycan Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarında iştirak edə, həmçinin regional ticarət sistemlərinə qoşulmaq imkanlarını dəyərləndirə bilər. Düzgün strategiya ilə Azərbaycan öz sərhədlərindən kənarda da əhəmiyyətli rol oynaya bilər.

- Azərbaycanın iqlim maliyyələşdirmə mexanizmlərinin inkişafını ləngidə biləcək çağırışlar (tənzimləyici, institusional, kadr baxımından) hansılardır?

- Mənim fikrimcə, əsas çağırışlardan biri karbon qiymətləndirilməsi və iqlim maliyyələşdirməsi sahəsində kompleks hüquqi çərçivənin olmamasıdır.

Bundan əlavə, iqlim tədbirlərinə cavabdeh olan institutlar arasında koordinasiya gücləndirilməli və insan kapitalının inkişafına - daha çox karbon uçotu, monitorinq, hesabatlılıq və verifikasiya (MRV) sistemləri üzrə, eləcə də iqlim maliyyələşdirməsinin strukturlaşdırılması sahəsində ixtisaslaşmış mütəxəssislərə ehtiyac duyulur. Bu cür boşluqlar təkcə Azərbaycana xas deyil — bir çox Aİ ölkələri də karbon bazarlarının formalaşmasının ilkin mərhələlərində oxşar çətinliklərlə üzləşib.

-Sizcə, Azərbaycan üçün BMT, Dünya Bankı və ya özəl fondların proqramları çərçivəsində beynəlxalq yaşıl investisiyaların və qrantların cəlb olunması imkanları necədir?

-Azərbaycan xüsusilə bərpaolunan enerji və təbii həllər sahəsində yaşıl maliyyələşdirməni cəlb etmək üçün böyük potensiala malikdir. Vacib olan yüksəkkeyfiyyətli, maliyyə cəhətdən cəlbedici layihələrin hazırlanmasıdır ki, bunlar beynəlxalq iqlim məqsədləri ilə uzlaşsın və açıq sosial və iqtisadi faydalar göstərsin. Digər regionlarda müşahidə etdiyim uğurlu layihələrdə çoxistiqamətli bankların və özəl kapitalın vəsaitləri uğurla birləşdirilib — bu model Azərbaycanda da yaxşı nəticə verə bilər.

- Azərbaycan COP29-u qlobal iqlim arxitekturasında öz institusional və imic mövqeyini möhkəmləndirmək üçün necə istifadə edə bilər?

- COP29-un keçirilməsi Azərbaycana regional lider kimi özünü tanıtmaq üçün nadir imkanlar yaradır. Ölkə yeni siyasətləri təqdim edə bilər — məsələn, karbon qiymətləndirilməsi üzrə yol xəritəsi və ya milli hidrogen strategiyası — həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyələşdirilməsi məsələlərində körpü rolunu oynaya bilər. Regional təşəbbüslərin başlaması və ambisiyalı razılaşmaların əldə olunmasına dəstək verməklə Azərbaycan həm beynəlxalq nüfuzunu artıra, həm də regionda ədalətli və inklüziv enerji keçidinə istiqamət verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb