Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: “Ətir bahalıdırsa, qalıcı olmalıdır” fikri yanlışdır

Ekspert: “Ətir bahalıdırsa, qalıcı olmalıdır” fikri yanlışdır

Bakı, 21 aprel, AZƏRTAC

Ətir əsrlər boyu insanların gündəlik həyatında, mədəniyyətində və estetik dünyagörüşündə mühüm yer tutub. Müasir dövrdə ətir xoş qoxu vasitəsi olmaqla yanaşı, həm də fərdi üslubun və zövqün ifadə formasıdır. Onun düzgün seçimi və istifadəsi insanın fərdi imicini tamamlayır. Lakin sağlamlıq və keyfiyyət amilləri hər zaman nəzərə alınmalıdır.

AZƏRTAC-ın əməkdaşı ətir seçimi, onun hazırlanma prosesi, keyfiyyət amilləri, ətir alarkən ən çox diqqət edilməli məqamlarla bağlı ekspert Sübhi Xəlilbəyovla söhbətləşib.

O, əvvəlcə ətrin hazırlanması prosesi barədə məlumat verib. Bildirib ki, ilkin olaraq çiçəklərdən, ağaclardan xüsusi yağlar, yeni essensiyalar alınır, sonra ətir hazırlayanlar onları qarışdırırlar: “Ətir qoxunun keyfiyyətli olması üçün xüsusi qablarda aylarla saxlanılır. Bu proses parfümeriya sahəsində “Maceration” adlanır”.

Ətirdən istifadə edərkən nələrə diqqət etmək lazımdır?

Ekspert qeyd edib ki, əsas məsələ ətri harada və necə istifadə etməkdən asılıdır: “Ətri həmişə nəbz vuran yerlərə - boyuna, biləyin içinə vurmaq lazımdır ki, qoxu ətrafa yaxşı yayılsın. Əgər qalıcılığa önəm verilirsə, bu zaman ətri paltara vurmaq məsləhətdir. Pambıq geyimlərdə qoxu daha çox qalacaq. Bir də ən böyük səhv ətri vurandan sonra biləkləri bir-birinə sürtməkdir. Bu çox yanlışdır, çünki qoxunun molekulları tez buxarlanır və açılış sıralaması pozulur. Bir də ətri nəm dəriyə vuranda qalıcılığı lap çox olur”.

Ətrin insan üçün müsbət və mənfi xüsusiyyətləri nədir?

Onun sözlərinə görə, ətirlərin müsbət tərəfi odur ki, aura dəyişir, gözəl qoxu insana özgüvən verir: “Çünki qoxu birbaşa yaddaşla bağlıdır. Keçmişi, xoş günləri, xarakteri xatırlada bilər. Mənfi tərəfi də odur ki, bəzi ucuz, keyfiyyətsiz ətirlər insana başağrısı verir, miqren yaradır, hətta həssas dərisi olanlarda allergiya da verə bilir. Keyfiyyətli ətri tanımaq o qədər də çətin deyil, ətri ilk vuranda ondan acı spirt qoxusu gəlməməlidir. Buruna birbaşa təmiz notlar gəlməlidir. Sonra da ətir dəridə dəyişməlidir. 15-20 dəqiqədən sonra ətir açılır və ayrı qoxu verir. Bundan əlavə, ətir nöqtə kimi bir yerə vurulmalı deyil, o duman kimi səpələnməlidir”.

Ətir alarkən ən çox edilən səhvlər hansılardır?

Sübhi Xəlilbəyov ətir alarkən ən çox rast gəlinən səhvin onu balaca kağızlarda qoxulamaq olduğunu bildirib: “Ətir mütləq dəriyə vurulmalı və gözlənilməlidir. Bir də insanlar çox vaxt ətri vuran kimi qoxulayıb alırlar, halbuki o qoxu 10 dəqiqəyə uçub gedəcək. Ən azı 20 dəqiqə gözləmək lazımdır. Bundan başqa, insanlar bir-birinin ardınca 4-5 ətri qoxulayıb alırlar. Bu isə burnu yorur, ona görə də səhv seçim edirlər. Əlavə olaraq 3-4 ətri qoxulamısınızsa, burun növbəti ətri seçə bilməyəcək. Bunun üçün 10-15 dəqiqə təmiz hava almaq və 1 stəkan su içmək lazımdır. Kofeni qoxulamaq isə mifdir, çünki onun özü də bir qoxudur”.

Ətrin qalıcılığı nədən asılıdır?

Ekspert vurğulayıb ki, hər kəs elə bilir ki, ətir bahalıdırsa, qalıcı olmalıdır, amma bu fikir yanlışdır: “Bu məsələdə əsas iki şərt var. Birincisi, tərkibindəki yağın faizi, yəni parfüm və ya üzərində (EDP) yazılanlar həmişə daha qalıcı olur. İkincisi, notları sitrus, gül qoxulu olan ətirlər təbii ki, tez uçacaq. Amma ətrin tərkibində ud, ağac, vanil varsa, qoxu dəridə günlərlə qala bilər”.

Ətir insanlarda niyə fərqli qoxur?

O bildirib ki, bir ətrin ayrı-ayrı insanlarda fərqli qoxuması tamamilə orqanizmlə bağlıdır: “Hər kəsin dərisinin bir xüsusiyyəti var. Eyni ətirdən iki müxtəlif şəxs istifadə etsə də, nəticə fərqli olacaq. Belə ki, yağlı dəridə ətir tez uçur. Bundan başqa, qidalanma da birbaşa qoxuya təsir edə bilir. Məsələn, ədviyyatlı qidalardan istifadə edənlərin orqanizmindən hər zaman özünəməxsus spesifik qoxu gəlir”.

Müxbir - Günel Türksoy, Murad Hüseynli

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır