Ekspert: İlin sonunadək İslam bankçılığı ilə bağlı bəzi qanunvericilik islahatlarının qəbulu gözlənilir
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycanda İslam maliyyəsinin tətbiqi baxımından ən perspektivli istiqamətlərdən biri kiçik və orta biznesin maliyyələşdirilməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.
O bildirib ki, qlobal tendensiyalara nəzər saldıqda lizinq (icarə) bazarının İslam maliyyəsinin ən geniş tətbiq olunduğu sahələrdən biri olduğu görünür. Ticarət sahəsi də bu modelin uğurla tətbiq edildiyi əsas istiqamətlər sırasındadır.
Ruslan Atakişiyev qeyd edib ki, gələcəkdə, xüsusilə də bu ilin sonunadək İslam bankçılığı ilə bağlı bəzi qanunvericilik islahatlarının qəbul olunacağı gözlənilir. Bunun nəticəsində ölkədə İslam bankçılığına aid 8-dək maliyyə məhsulunun tətbiqinə başlanılması mümkündür: “Bu yeniliklər İslam maliyyəsinin tətbiq dairəsini daha da genişləndirəcək. Belə ki, ipoteka maliyyələşdirilməsi, eləcə də kənd təsərrüfatı kimi sahələr də bu sistemin əhatə etdiyi istiqamətlərə daxil ola bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:06]
Çinlə enerji tərəfdaşlığına dair məsələlər müzakirə edilib
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]