Ekvadordan idxal olunan ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb





Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kiloqram ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində “Aflatoksin B1”-in miqdarının normadan artıq olduğu müəyyən olunub.
Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.