Əl işləri festivalı çoxlu sayda ziyarətçi cəlb edib
Bakı, 23 yanvar, AZƏRTAC
Bakıdakı Rus evində “CultBaku Club”ın, onun üzvləri Dərya Cəfərli və Cəmilə Kərimovanın təşkilatçılığı ilə Əl işləri festivalı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, müxtəlif peşə ustadların əl işlərinin təqdim olunduğu festivalda epoksid qatranından məmulatlar, suvenirlər, bijüteriya, sabunlar, şamlar, toxunma kuklalar, keçədən əl işləri, farfor və şüşə qab-qacaq üzərində əllə naxış, toxuculuq, vitraj, batika məmulatları, yumşaq müəllif oyuncaqları və s. göz oxşayıb.
Festival səmimi ab-havada keçib, çoxsaylı qonaqları ətrafına toplayaraq, onların böyük marağına səbəb olub.