“Əl-İttifaq” futbol klubu Mussa Dembelenin transferini rəsmən bəyan edib
Bakı, 27 iyul, AZƏRTAC
Stiven Cerardın rəhbərlik etdiyi “Əl-İttifaq” komandası “Lion” klubunun keçmiş hücumçusu Mussa Dembele ilə azad agent kimi müqavilənin imzalandığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti xəbər verir. Tərəflər dördillik (2027-ci ilin iyun ayına qədər) müqavilə imzalayıblar.
2022-2023-cü il mövsümündə Mussa Dembele “Lion” klubunda bütün turnirlərdə 28 oyun keçirib, o, üç qol və bir məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun fransız klubu ilə müqaviləsi cari ilin iyun ayında başa çatıb, tərəflər əməkdaşlığı davam etdirməməyi qərara alıblar. “Transfermarkt” internet portalının məlumatına görə futbolçunun proqnozlaşdırılan qiyməti 12 milyon avrodur. Mussa Dembele bütün yaş qrupları üzrə gənclərdən ibarət Fransa yığmasında oynamaq təcrübəsinə malikdir.
Bundan əvvəl “Əl-İttifaq” Avropa çempionatından daha bir futbolçu ilə müqavilə bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]