Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əl-Küveytdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib

Qahirə, 28 may, AZƏRTAC

Küveytdə Azərbaycan səfirliyi tərəfindən ölkəmizin müstəqilliyinin 107-ci ildönümünə həsr edilmiş rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Küveyt Xarici İşlər Nazirliyinin rəsmiləri, Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı sabiq diplomatları, hakim ailənin üzvləri, yerli ictimaiyyətin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, ölkəmizdə təhsil almış küveytlilər, Küveyt Dövlətinin Səhiyyə, Təhsil, İnformasiya, Daxili İşlər, Sosial Müdafiə, Ticarət, Gömrük Nazirliklərinin əməkdaşları, Küveytin ali təhsil ocaqlarının, elmi araşdırmalar və beyin mərkəzlərinin nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, Küveyt Dövlətində yaşayan Türk icmasının, habelə bu ölkədə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Rəsmi qəbulda əsas qonaq qismində Küveyt Dövlətinin xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah iştirak edib.

Rəsmi qəbul Azərbaycanın və Küveytin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Səfir Emil Kərimov çıxışında 107-ci ildönümünü qeyd etdiyimiz Müstəqillik Gününün bağlı olduğu tarixi dövr haqqında danışıb. Qeyd edilib ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və dövlət rəmzləri təsdiq olunub, Parlament seçilib, dövlət institutları və universitet təsis edilib.

Azərbaycan Xalq Cümhuriyyətinın keçdiyi mərhələlərə toxunan diplomat 1920-ci ildə Paris Sülh Konfransında onun tanındığını və bununla da Azərbaycanda xarici nümayəndəliklərin akkreditə olunduğunu bildirib.

Müstəqilliyimizin 1991-ci ildə bərpasından sonra ilk illərdə ölkəmizdə xaos və iqtisadi böhranın, çox ağır sosial vəziyyətin hökm sürdüyünü və ölkəmizin vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyini bildirən səfir 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində sabitliyin bərpa olunduğunu qeyd edib.

Eyni zamanda, səfir Azərbaycan-Küveyt münasibətlərinin daim inkişaf edən dinamikasına diqqəti cəlb edərək, əsası 1994-cü ildə İslam Konfransı Təşkilatının Kasablankada keçirilən Zirvə Konfransında dövlətimizin başçısı Heydər Əliyevlə Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah arasında baş tutmuş görüşdə qoyulmuş ikitərəfli əlaqələrin sonrakı illərdə daha da möhkəmləndiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfərindən sonra ölkələrimiz arasında münasibətlərdə yeni dövr başlanıb.

Vurğulanıb ki, ölkələrimiz arasında baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər və bu əsnada keçirilən görüşlər ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verməkdədir. Bu kontekstdə ötən il Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Haməd əl-Sabahın Bakıda COP29-un Liderlər Sammitində iştirak etməsinin və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşünün ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yeni perspektivlər açdığı vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi münasibətlərə toxunan səfir ticarət dövriyyəsini artırmaq üçün, xüsusilə ərzaq sənayesi, turizm, yüngül sənaye və kənd təsərrüfatı sahələrində böyük potensialın mövcud olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan sevimli turizm istiqamətlərindən biri kimi ötən il 31 mindən çox küveytlini qəbul edib.

Daha sonra, səfir Emil Kərimov ölkədə qəbul olunmuş qaydaya görə Küveyt Dövlətinin xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah ilə birlikdə üzərində hər iki ölkənin bayrağı əks olunmuş tortu kəsiblər.

Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah səfir E.Kərimovla təkbətək söhbəti əsnasında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, azərbaycanlı həmkarına salamlarının çatdırılmasını xahiş edib. Nazir müavini müxtəlif sahələrdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Bundan başqa, tədbirin qonaqları respublikamızın görməli məkanlarını əks etdirən fotolardan ibarət stendlə tanış olublar, həmçinin zalda quraşdırılmış böyük ekranlarda ölkəmizin turizm potensialını əks etdirən videogörüntülərə baxıblar.

Tədbirdə, həmçinin “Made in Azerbaijan” brendinin Küveytdə təbliği məqsədilə “Azərçay” məhsullarının yarmarkası təşkil olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir