Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elbay Qasımzadə: Ulu Öndərin memarlıq sənətinə böyük sevgisi vardı

Bakı, 13 dekabr, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, respublikanın Əməkdar memarı, “Şöhrət” və “Şərəf” ordenləri kavaleri, professor Elbay Qasımzadə Ümummilli Lider Heydər Əliyevin anım günündə Ulu Öndərlə bağlı xatirələrini AZƏRTAC ilə bölüşüb.

Heydər Əliyevlə ilk tanışlığının 1981-ci ildə olduğunu xatırlayan Elbay Qasımzadə deyib: “Həmin vaxt Gürcüstanın paytaxtı Tbilisinin bərpasına başlanmışdı və eyni zamanda, Gürcüstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni binası istifadəyə verilmişdi.

Bu, o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevi çox maraqlandırırdı. Çünki Bakının qədim hissəsinin və tarixi İçərişəhərin bərpası Ulu Öndəri çox düşündürürdü. Həmçinin Bakıda Azərbaycan KP MK-nın yeni binasının tikintisi başlanmışdı. Respublika rəhbərinin tapşırığı ilə ölkənin tanınmış memarlarından ibarət nümayəndə heyəti Tbilisiyə ezam olundu. Nümayəndə heyətinin tərkibinə Tahir Abdullayev, Rasim Əliyev kimi peşəkar memarlarla yanaşı, 3 nəfər gənc memar da daxil edilmişdi: Sənan Sultanov, Yevgeni Kiryaşov və mən. O vaxt mənim 32 yaşım vardı.

Bizə Tbilisidə aparılan tikinti işləri ilə tanış olmaq, incəlikləri öyrənmək, müsbət və mənfi cəhətləri araşdırıb, qonşularımızın praktikasını Azərbaycanda tətbiq etmək tapşırılmışdı.

Gürcüstanda bizi çox yüksək səviyyədə qarşıladılar. Əlbəttə, bunun əsas səbəbi Heydər Əliyevin SSRİ məkanında yüksək nüfuz sahibi olması idi. Gürcüstan KP MK-nın birinci katibi Eduard Şevardnadze bizi qəbul etdi, hər birimizlə tanış oldu. Nümayəndə heyətimizin tərkibində gənc memarların olmasını yüksək qiymətləndirdi və görüşdə iştirak edən Gürcüstan memarlarına tövsiyə etdi ki, onlar da cavan həmkarlarına diqqət göstərsinlər.

Səmimi və xoş söhbətimizdən sonra görülən işlərlə tanış olmağa başladıq. Gürcüstan KP MK-nın yeni binasını gəzdik, şəhərdə aparılan bərpa işləri ilə maraqlandıq, məşhur heykəltəraş Zurab Seretelinin emalatxanasında olduq.

İki gün Tbilisidə müşahidələr aparıb geri qayıtdıq. Heydər Əliyev nümayəndə heyətinin üzvləri ilə görüşdü və ayrı-ayrılıqda hər birimizin fikirlərini öyrəndi. Növbə mənə çatanda dedim: “Mərkəzi Komitənin binası həddindən artıq sadədir və milli memarlıq üslubundan əsər-əlamət yoxdur. Belə bina Gürcüstanda da, Estoniyada da ola bilərdi”. Heydər Əliyevin təbəssümündən anladım ki, fikrim onun ürəyincədir. Onu da əlavə etdim ki, köhnə Tbilisi qədim Bakı deyil. Orada fasadların dekoru ağac materiallardan ibarətdir, Bakının memarlıq siması isə yonma daşdandır. Buna görə də, bizim yanaşmalarımız daha düşünülmüş, daha ciddi olmalıdır.

Bu görüşdən iki gün sonra Azərbaycan KP MK-nın inşaat şöbəsinin müdiri məni dəvət etdi və dedi ki, fikirlərim Heydər Əliyevin xoşuna gəlib. Bakıda bərpa ilə məşğul olacaq xüsusi təşkilatın yaradılması barədə düşünür və tapşırıq verib ki, bu qurumun Əsasnaməsi hazırlansın. Mənim də bu işə cəlb olunmağımı tapşırıb.

Mən böyük sevinc hissi keçirsəm də, məsuliyyəti başa düşürdüm. Xahiş etdim ki, sənəd üzərində işləmək üçün dostum, istedadlı memar, Tbilisidə bizimlə bərabər olmuş Sənan Sultanovu da cəlb edək. Bizə MK-nın binasında otaq ayırdılar və Əsasnaməni 10 gün ərzində hazırladıq.

Heydər Əliyevin tapşırığı əsasında MK-nın tikilməkdə olan binasının fasadları ilə bağlı variantların hazırlanması bir neçə memara həvalə olundu. O siyahıya mənim də adım daxil edilmişdi. Çox qısa bir müddətdə iki variant hazırlayıb təhvil verdim. Hər ikisində Azərbaycan milli memarlıq elementlərinin müasirləşdirilmiş, hətta deyim ki, modernləşdirilmiş forması tətbiq edilmişdi.

Ulu Öndər bütün təkliflərlə tanış oldu, mənim hazırladığım variantı bəyəndi. Həmçinin tapşırdı ki, əgər interyer təkliflərini hazırlaya bilərəmsə, məni dəvət etsinlər. Görüşümüz axşam çağı saat 9-10 arası baş verdi, fasadlarda təklif etdiyim dəyişiklikləri bəyəndiyini dedi.

KP MK-nın binasının layihəsinin müəllifi “AZƏRDÖVLƏTLAYİHƏ” institutunun direktoru, respublikamızın tanınmış memarlarından olan Tahir Abdullayev idi. Bilirdim ki, Heydər Əliyevin ona böyük hörməti var. Qarşıma kabineti yerləşəcək mərtəbənin planını qoyub, ondan çox da razı qalmadığını bildirdi. İş otağına giriş qapısının yandan olmasını bəyənməyərək dedi: “Mən xoşlayıram ki, qəbuluma gələnlər kabinetə mənimlə üzbəüz qapıdan daxil olsun. Bəzi köməkçi otaqların əlaqələrinə fikir ver. Plan quruluşunu yenidən düşün və kabinetin interyerini hazırla”.

Gənc həmkarım Adil Paşayev və rəssam Oleq İbrahimovla birgə Heydər Əliyevə məxsus sektorun planlarını və kabinetinin interyerlərini hazırladıq. Bu layihə də Heydər Əliyev tərəfindən bəyənildi və növbəti tapşırıq olaraq Mərkəzi Komitənin büro iclasları zalının interyerlərini hazırlamaq bizə həvalə edildi. Adətən belə zallarda Leninin büstü qoyulurdu. Biz isə bu ənənədən uzaqlaşdıq və onun portretini qobelendə təsvir etdik. Bu da bəyənildi. Amma həyat elə gətirdi ki, həmin ərəfədə Heydər Əliyev MK-nın Siyasi Bürosunun üzvü seçildi, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və Moskvaya köçməli oldu.

Azərbaycana rəhbərlikdə onu əvəzləyən Kamran Bağırov isə zövq cəhətdənmi, ya da ehtiyatlanaraq bizim təkliflərimizdən imtina etdi və binanın tikintisi ilkin variantda aparıldı. Hətta birinci katibin kabinetinə giriş qapısı da əvvəlki yerində - yan tərəfdə qoyuldu.

Ulu Öndər Heydər Əliyevin xalq çağırışı ilə 1993-cü ildə Bakıya qayıtdığı və Prezident vəzifəsinə seçildiyi günləri yada salan həmsöhbətimiz bununla bağlı xatirələrini də bölüşdü: “1993-cü ilin sentyabrı idi. Mən o zaman Bakının baş memarı vəzifəsində çalışırdım. Heydər Əliyevin kabineti o vaxt Milli Məclisin binasında yerləşirdi. Mənə zəng vuraraq Milli Məclisdə keçiriləcək müşavirəyə çağırdılar.

Müşavirədə Prezidentin qarşıdan gələn andiçmə mərasiminin təşkili müzakirə olundu. Müxtəlif təşkilati məsələlər nəzərdən keçirildi və Prezidentin qarşısına bir maket qoyuldu. Uzaqdan gördüm ki, o, mərasimin keçiriləcəyi Respublika Sarayının səhnəsinə oxşamır. Proporsiyalar tam pozulmuşdu. Heydər Əliyev üzünü mənə tutdu. Aramızda belə bir dialoq oldu:

- Bunu görmüsən?

- Xeyr.

- Nə deyə bilərsən?

- İcazə verirsinizsə, yaxınlaşıb baxım.

- Buyur.

Yaxınlaşıb baxdım, xoşuma gəlmədi. Düşündüm ki, özgənin işini pisləmək yaxşı deyil. Dedim:

- Belə də ola bilər. Amma mən başqa cür edərdim.

Ulu Öndər bu işi mənə tapşırdı. Bilirdim ki, onun qərənfildən xoşu gəlmir. Həmin vaxtlar isə oktyabr ayında Bakıda lazımi qədər qızılgül tapıb səhnəni tərtib etmək çox çətin idi. Bakı bazarlarının hamısından qızılgülləri aldıq, səhnənin tərtibatını başa çatdırdıq.

Andiçmə mərasimi çox təntənəli, gözəl keçdi. Mərasim bitəndən sonra məni səhnənin arxasına çağırdılar. Heydər Əliyev təşəkkürünü bildirdi. Fəxr edirəm ki, dahi siyasətçi, Azərbaycan Prezidenti Heydər Əliyevin birinci andiçmə mərasimində səhnənin tərtibatını mən hazırlamışam.

Elbay Qasımzadə Ulu Öndərin memarlıq sənətinə olan böyük məhəbbətindən də danışdı.

“Ulu Öndər memarlıq cizgilərini çox peşəkarlıqla oxuya bilirdi. Mən isə hər dəfə bunu heyrətlə qarşılayırdım. Bir dəfə bunu qeyd etdikdə, Heydər Əliyev gülümsəyərək dedi:

- Sən ki bilirsən, mən memar olmaq arzusunda idim. Amma həyat başqa qərar verdi. Sən xoşbəxt adamsan ki, istəyinə çatmısan.

Dedim ki, mən diplomat olmaq istəyirdim. Amma məktəbi bitirdiyim dövrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmaq üçün hər respublikaya ildə iki nəfər limit qoyulmuşdu. Oraya daxil olmağımın mümkünsüzlüyünü anladığımdan atamın yolunu davam etdirmək qərarına gəldim, memarlığı seçdim.

Heydər Əliyev təəccüblənərək dedi:

- Bilmirəm, dünya diplomatiyası sənin simanda nə itirib, lakin Azərbaycanın memarlığı böyük ustad əldə edib.

Bu sözlər həyatımda aldığım ən yüksək qiymətdir”, - deyə həmsöhbətimiz vurğuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər