RƏSMİ XRONİKA
ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA
Hörmətli cənab Prezident,
Ölkənizin paytaxtında törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Biz bu hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 dekabr 2007-ci il.