İDMAN
Elçin Əsədov: Doğma Şuşamızın adını daşıyan möhtəşəm turnirdə iştirakdan qürur duyuram VİDEO
![Elçin Əsədov: Doğma Şuşamızın adını daşıyan möhtəşəm turnirdə iştirakdan qürur duyuram VİDEO](/files/2022/2/1200x630/16573655656130340345_1200x630.jpg)
Bakı, 9 iyul, AZƏRTAC
Doğma Şuşamızın adını daşıyan “Əziz Şuşa” beynəlxalq velosiped yarışı kimi möhtəşəm turnirdə iştirakdan qürur duyuram.
Bu sözləri “Əziz Şuşa” beynəlxalq velosiped yarışı zamanı jurnalistlərə müsahibəsində Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov bildirib. O qeyd edib ki, yarışın birinci mərhələsinin qalibi olmaq çox gözəl hissdir.
“Əziz Şuşamıza 30 ildən sonra qayıtmaq və orada keçirilən yarışda iştirak etmək bizi sözlə ifadə edilməyəcək dərəcədə sevindirir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Əsgərlərimiz dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, qayalara yalın əllə dırmaşaraq bu qədim Azərbaycan şəhərini işğalçılardan azad etdilər. Biz isə doğma diyarımıza velosipedlə gedəcəyik. Çalışacağıq ki, yarışda qalib gəlib Azərbaycan bayrağını ucaldaq”, - deyə Elçin Əsədov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [18:17]
Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb
- 03.07.2024 [17:48]
Tanınmış basketbolçu ilə müqavilə yenilənir
- 03.07.2024 [17:41]
Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar
- 03.07.2024 [17:23]
“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək
- 03.07.2024 [16:56]
Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib
- 03.07.2024 [16:16]
İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib
- 03.07.2024 [16:15]
Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır
- 03.07.2024 [15:45]