ELÇİN İSMAYILOV SUPER-TURNİRİN QALİBİDİR
Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ikiqat Avropa çempionu Elçin İsmayılov Buxarestdə “Masters” seriyasında cüdo üzrə birinci super-turnirdə 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanmışdır. Digər idmançımız, dünya çempionatının bürünc mükafatçısı Elxan Rəcəbli 81 kiloqram çəki dərəcəsində 3-cü yeri tutmuşdur.
Elçin İsmayılov ilk görüşündə Gürcüstan nümayəndəsi Nestor Kxergiyaniyə, həlledici görüşdə isə Fransa cüdoçusu Dyum Yasinə qalib gəlmişdir. Elxan Rəcəbli isə 3-cü yer uğrunda görüşdə turnirin sahibi olan ölkənin nümayəndəsi Aleksandro Kaponeni məğlub etmişdir.
Beləliklə, turnirə dəvət olunmuş hər iki idmançımız artıq dünyada tanınan Azərbaycan cüdo məktəbini layiqincə təmsil etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]