Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 28-dən Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonundakı 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, yeni marşrut xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının daha səmərəli ödənilməsi və sürətli nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə təşkil olunur.
Marşrut üzrə sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək "Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus xidmət göstərəcək. Avtobusların hərəkət intervalı 30 dəqiqə təşkil edəcək.
Qeyd olunub ki, marşrutun istismarı "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Avtobuslarda ödəniş yalnız nağdsız qaydada qəbul ediləcək və gedişhaqqı 1,50 AZN müəyyən olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [12:09]
Avro son 17 ayın ən aşağı səviyyəsinə enib
- 05.10.2026 [11:59]