Elgün Cavadov: Azərbaycan növbəti illərdə özünün müalicə xidmətləri ilə fərqlənə bilər
Bakı, 15 oktyabr, AZƏRTAC
Son illərdə Azərbaycanda aparılan müşahidələr göstərir ki, müalicə məqsədilə ölkəmizə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Bu istiqamətdə görülən işlər isə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib.
"Bildiyiniz kimi, Prezident İlham Əliyev sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı Sərəncam imzalayıb. Bu istiqamətdə işlər aparılır. Burada həmin xidmətlərin müalicə tərəflərinin dəqiqləşdirilməsi, genişləndirilməsi və dünya standartlarına çatdırılması üçün müəyyən proqram icra edilir. Azərbaycan növbəti illərdə özünün müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər", - deyə E.Cavadov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]