ƏLİ BAYRAMLIDA YENİ CDMA BAZA STANSİYASI İSTİFADƏYƏ VERİLİB
AZƏRTAC xəbər verir ki, Əli Bayramlı şəhərində yeni CDMA mobil şəbəkəsi fəaliyyətə başlamışdır. İndi bu stansiyadan Əli Bayramlı, Hacı Qabul və digər yaxın yaşayış mətəqələrinin əhalisi də istifadə edə bilər.
Hazırda belə şəbəkələr təkcə Bakıda, Abşeron yarımadasında və Sumqayıtda deyil, eləcə də Gəncədə, Nabranda, Şəmkirdə və Mingəçevirdə fəaliyyət göstərirlər.
Ekspertlərin fikrincə, bu gün üçüncü nəsil mobil rabitəsi (3G) adlanan vahid mobil rabitə standartını qəbul etmək zərurəti yaranmışdır.