Əli Laricani: Dağlıq Qarabağ probleminin siyasi yolla həlli üçün bütün imkanlardan istifadə etməliyik
Moskva, 20 aprel, AZƏRTAC
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda İranın diqqətini cəlb edən əsas məsələlərdən biridir. Regionda turbulentlik və müharibələr onsuz da çoxdur və biz daha bir müharibənin başlanmasına yol verməməliyik.
Bu fikri İran parlamentinin sədri Əli Laricani Moskvada “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib.
Əli Laricani deyib: “Biz rusiyalı dostlarımızla birlikdə belə bir fikirlə razıyıq ki, regionda daha bir müharibənin alovlanmasına yol vermək olmaz. Buna görə də İran və Rusiya Azərbaycanı və Ermənistanı bu problemi siyasi yolla həll etməyə inandırmaq üçün bütün səy və imkanlarından istifadə etməlidir”.
İran parlamentinin sədri müsahibəsində Moskvada Milli Məclisin sədri Oqtay Əsədov ilə səmərəli danışıqlar apardığını da vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]