ƏLİL AİLƏSİNƏ EV TİKİLİB
AZƏRTAC- ın müxbiri xəbər verir ki, əlil ailəsinə yeni mənzilin açarlarının təqdim olunması münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin və kənd bələdiyyəsinin nümayəndələri, yerli sakinlər fiziki sağlamlığını itirmiş əlil həmvətənlərimizə göstərilən dövlət qayğısından danışmış, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açmışlar. Çıxış edənlər Qullar kənd bələdiyyəsinin bu nəcib və xeyirxah təşəbbüsünü yüksək qiymətləndirmiş və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Yeni mənzilin sahibləri onlara göstərilən bu diqqət və qayğıya görə ölkə başçısına və kənd bələdiyyəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Mərasimin sonunda Əjdər Rəhimova yeni mənzilin açarları və hədiyyələr təqdim olunmuşdur.