ƏLİL AİLƏSİNƏ EV TİKİLİB
birinci qrup əlil Əjdər Rəhimovun ailəsi üçün üçotaqlı təzə ev tikdirmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əlil ailəsinə yeni evin açarlarının təqdim olunması münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin və kənd bələdiyyəsinin nümayəndələri, yerli sakinlər fiziki sağlamlığını itirmiş əlil həmvətənlərimizə göstərilən dövlət qayğısından danışmış, onların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açmışlar. Çıxış edənlər Qullar kənd bələdiyyəsinin xeyirxah təşəbbüsünü yüksək qiymətləndirmiş və belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Yeni evin sahibləri onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısına və kənd bələdiyyəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Mərasimin sonunda Əjdər Rəhimova yeni evin açarları və hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]