ƏLİL ŞAİR ÜMUMMİLLİ LİDERƏ MƏHƏBBƏTİNİN İFADƏSİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü, şair və tərcüməçi Giya Paçxataşvili ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Oğul ata itirdi” şeirini Azərbaycan və rus dillərində rəngli fotoşəkillərlə birlikdə çap etdirərək, bu günlərdə Fəxri xiyabana ziyarətə gələn əlillərə, şəhər sakinlərinə paylamış, ulu öndər, dahi şəxsiyyətə öz hörmət və məhəbbətini ifadə etmişdir. Şeirdə Azərbaycan Prezidenti İlham Əliyevin ata sevgisi, iki il əvvəl bütün dünya azərbaycanlılarını sarsıdan xəbərdən keçirdiyi mənəvi iztirablar lirik şəkildə təsvir edilmişdir.
Əlil şairin bu ideyasının reallaşmasına cəmiyyətin prezidenti Səmiyar Abdullayev maliyyə dəstəyi göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]