ƏLİLLƏR ÜÇÜN YENİ BİNA TİKİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu qəbildən olan adamların sosial problemlərinin həlli məqsədi ilə rayonda dövlət sifarişilə 32 mənzilli yaşayış binası tikilir. Podratçı 6 saylı İnşaat İstehsal Təsərrüfat İdarəsi obyektdə indiyədək 20 min manatdan artıq tikinti-quraşdırma işləri görmüşdür. Burada 30 nəfər işlə təmin edilmişdir. Binanın tikintisinin bir il ərzində başa çatdırılması nəzərdə tutulur.