ELİZABET TEYLOR ƏMLAKINI “KRİSTİS” HƏRRAC EVİNƏ VƏSİYYƏT ETMİŞDİR
“Kristis” evi Teylorun zinət əşyalarını, o cümlədən 5-ci əri, aktyor Riçard Bertonun hədiyyə etdiyi zümrüd qaşlı brilyant üzüyü və paltarlarını artıq satmışdır. Əldə olunan vəsait aktrisanın yaratdığı QİÇS-lə Mübarizə Fondunun hesabına köçürülmüşdür. Oktyabrda “Kristis” Elizabet Teylorun zərgərlik evinə məxsus zinət əşyalarının satışına başlayacaqdır.
Əslən Böyük Britaniyadan olan Elizabet Teylor iki dəfə “Oskar” mükafatı almış və uzun illər Hollivudun bir nömrəli ulduzu sayılmışdır. Onun ən məşhur kino işləri arasında “Közərmiş qapaq üstündə pişik”, “Kleopatra”, “Günəş altında yer”, “Virciniya Vulfdan kim qorxur?” filmləri var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]