Elmin İnkişafı Fondunda 1918-ci il soyqırımı qurbanlarının xatirəsi yad olunmuşdur
Bakı, 31 mart (AZƏRTAC) Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edənlər azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda və Lənkəranda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktlarının həyata keçirilməsi barədə danışmışlar. Azərbaycanlılara qarşı erməni terrorunun hələ də davam etdiyi xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün qeyd olunmasına dair 1998-ci il 26 mart tarixli Fərmanı böyük tarixi əhəmiyyətə malikdir. Eyni zamanda bildirilmişdir ki, azərbaycanlıların soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsi məsələsi hələ də öz həllini gözləyir.
Tədbirdə soyqırımının dəhşətlərini əks etdirən film və videoçarx nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]