Elmin İnkişafı Fondunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, fondun icraçı direktoru Elçin Babayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətin geniş vüsət aldığını vurğulamış, bu sahədə əhəmiyyətli işlərin görüldüyünü qeyd etmişdir.
Tədbirdə ABŞ konqresmeni Bill Şusterin Xocalı soyqırımı ilə bağlı Konqresin Nümayəndələr Palatası üzvlərinə təqdim etdiyi məlumatı səsləndirilmişdir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan və “Xocalıya ədalət” devizi altında keçirilən beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində dünya birliyini Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran aksiyadan söz açılmış, EİF-in 2012-ci ildən bu kampaniyaya qoşulduğu bildirilmişdir.
Tədbirdə 1992-2013-cü illərdə Xocalı soyqırımının tanınmasını və dünya mediasında təbliğini əks etdirən materiallar nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]