ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib
Bakı, 28 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur, məzuniyyətin növünü seçir, məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir, işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.
Həmin yenilik iş yerlərində məzuniyyət verilməsi proseslərinin tam elektronlaşdırılaraq çevik və şəffaf şəkildə həyata keçirilməsinə, əmək münasibətlərində sosial təminat mexanizmlərinin gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:46]
Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib
- 07.08.2026 [15:23]
Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO
- 07.08.2026 [15:05]
Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]