ƏMƏK HAQQI DAXİLİ İMKANLAR HESABINA ARTIRILMIŞDIR
Əhalinin rifahının yaxşılaşdırılması barədə Azərbaycan Prezidentinin müvafiq tapşırıqlarını əldə rəhbər tutan “Azərkontrakt” Səhmdar Cəmiyyəti müqəddəs Ramazan günlərində aparat işçilərinin aylıq əmək haqqını 50 min manat artırmışdır.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, bu, daxili imkanlar hesabına mümkün olmuşdur. İşçilərin maddi maraq prinsipinin gücləndirilməsi sahəsində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.