Emin Əmrullayev: 2026-cı ilədək 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır
Bakı, 15 dekabr, AZƏRTAC
2020-2023-cü illər ərzində ümumi təhsildə İKT inkişaf edib. 2020-ci ilin sonunadək 220, 2021-ci ilin sonunadək 478, 2022-ci ilin sonunadək 1180, 2023-cü ilin sonunadək 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilədək 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır.
Nazir qeyd edib ki, şagird-kompüter nisbətində 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]