Emin Əmrullayev: Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır
Bakı, 15 dekabr, AZƏRTAC
COVID-19 pandemiyası dövründə 200 gündən artıq müddətdə təhsil distant formada təşkil edildi və 158 mindən çox şagird məktəbə distant formada başladı.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O bildirib ki, pandemiya xalqımız üçün sınaq dövrü oldu.
“Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]