Emin Əmrullayev: Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul olanların sayı artıb
Bakı, 15 dekabr, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na qəbul olanların sayı artıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O bildirib ki, 2022-2023-cü illər üzrə 336 nəfər, 2022-2024-cü illər üzrə isə 717 nəfər Xaricdə Təhsil üzrə Dövlət Proqramına qəbul olub. Qeyd edib ki, qəbul olanların 393 nəfəri (55 faiz) Böyük Britaniya, 84 nəfəri Türkiyə (12 faiz), 73 nəfəri ABŞ (10 faiz), 43 nəfəri Almaniya (6 faiz), 124 nəfəri (17 faiz) isə digər ölkələrdə təhsil almağı seçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]