Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub
Bakı, 23 dekabr, AZƏRTAC
Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.
O, Misli Premyer Liqasının XVI turunun “Karvan-Yevlax”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/18 mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.
Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.
1. Müşfiq Hüseynov (“Qarabağ”) - 109
2. Samir Ələkbərov (“Neftçi”) - 99
3. Alay Bəhramov (“Viləş”) - 93
4. Nazim Əliyev (“Xəzər” S) - 93
5. Fazil Pərvərov (“Kəpəz”) - 80
6. Rövşən Əhmədov (“Kəpəz”) - 75
7. Qurban Qurbanov (“Neftçi”) - 66
8-9. Nadir Nəbiyev (“Turan”) - 63
İmamyar Süleymanov (“Kəpəz”) - 63
10. Mahir Emreli (“Qarabağ”) - 59
11. Yunis Hüseynov (“Neftçi”) - 58
12. Musa Qurbanov (“Turan”) – 56
13. Abdullah Zubir (“Qarabağ”) – 52
14-15. Riçard Almeyda (“Qarabağ”) - 51
Badri Kvaratsxeliya (“Şəmkir”) – 51
16. Emin Mahmudov (“Neftçi”) – 50.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]