Emmanuel Makron istefa verməyəcəyini bir daha bəyan edib
Paris, 30 avqust, AZƏRTAC
Fransa prezidenti Emmanuel Makron ölkənin borc vəziyyəti və 2026-cı il büdcəsi ilə bağlı yaranan gərginlik fonunda istefa vermək niyyətində olmadığını bir daha təsdiqləyib. O, Tulon şəhərində Almaniya Kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında prezidentlik mandatını sona qədər davam etdirəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Makron siyasi partiyaları ölkənin maliyyə problemləri qarşısında məsuliyyətli davranmağa və razılıq yolları tapmağa çağırıb. Onun sözlərinə görə, hazırkı vəziyyət qətiyyən çıxılmaz deyil və mövcud vəziyyətlə bağlı heç olmasa ortaq bir anlaşma olmalıdır.
“Fransua Bayru siyasi qüvvələri ölkənin borc yükü qarşısında məsuliyyətə çağırmaqda haqlıdır. Müxtəlif həll yolları ilə bağlı fikir ayrılıqları ola bilər, amma vəziyyətin ağırlığına dair ortaq fikir formalaşmalıdır”, – deyə Makron vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]